backend

Məşhur Hollivud aktrisası vəfat etdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında Kaliforniya ştatında dünyasını dəyişib. 

Hollivudun tanınmış kino aktrisası Ja Ja Qabor 99 yaşında Kaliforniya ştatında dünyasını dəyişib.

TİA.AZ xəbər verir ki, macar əsilli aktrisa ürək tutmasından vəfat edib. Halı pisləşən Ja Ja Qabor xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

2017-ci ilin fevralında Hollivud ulduzunun 100 yaşı tamam olacaqdı. 1936-cı ildə Ja Ja Qabor “Miss Macarıstan” müsabiqəsinin qalibi seçilib, 1958-ci ildə ABŞ kinematoqrafçılarının “Qızıl qlobus” mükafatına layiq görülüb.

Ja Ja Qabor “Mulen Ruj” və “Üç sevgi hekayəsi” kimi məşhur filmlərdə çəkilib.