“MƏMURLARIN BANKLARI XALQI SOYUR,  DÖVLƏT İŞƏ QARIŞMALIDIR” – HÜQUQ MÜDAFİƏÇİSİbackend

“MƏMURLARIN BANKLARI XALQI SOYUR, DÖVLƏT İŞƏ QARIŞMALIDIR” – HÜQUQ MÜDAFİƏÇİSİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda bankların kredit faizləri fantastikdir. Avropa bir yana, hətta qonşu ölkələrdə belə soyğunçuluq yoxdur. Buna səbəb isə bizdə əksər bankların məmurların nəzarətində olmasıdır”. Bu fikirləri Tribunainfo.az-a Müstəqil Həmkarlar Birliyinin idarə heyəti üzvü, hüquq müdafiəçisi Xəzər Teyyublu bildirib.

Onun fikrincə, banklar krediti müştəriyə elə faizlə verir ki, ikiqat artıq gəlir götürür: “Bu da vətəndaşı soymaqdır. Bank müştəriyə soğan qabığı kimi baxır. Banklar müştəri məmnuniyyəti haqda deyil, öz gəlirləri haqda düşünür. Ölkədə minlərlə kredit borcunu ödəyə bilməyən insanlar var, problemli kreditlərin həcmi milyonlarladır. Hazırda məhkəmələrdə bank – müştəri çəkişmələri saysız-hesabsızdır. Ona görə ciddi sosial problemdir, dövlət amnistiya elan etməlidir, Mərkəzi Bank banklar qarşısında öhdəlik qoymalıdır. Eyni zamanda, kredit faizlərinə baxılmalıdır. Dövlətin vahid tarifləri olmalıdır. Əks halda məmurlar bankları ilə xalqı soyur”.
Hüquq müdafiəçisi hesab edir ki, sosial şəbəkə səhifələrində banklardan şikayətlərə baxmaq, məhkəmə proseslərini izləmək kifayətdir. “Nəticədə bankların vətəndaşların başına hansı oyunlar açdığı bəlli olacaq”-deyə X.Teyyublu dövləti bu problemə müdaxilə etməyə çağırıb.