Məktəblər iki həftəlik TƏTİLƏ çıxmalıdır – Ekspertbackend

Məktəblər iki həftəlik TƏTİLƏ çıxmalıdır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2023-cü ilin noyabr, dekabr aylarından uşaqlar arasında qızılca və mövsümi xəstəliklər geniş yayılıb və hətta davamiyyət bununla bağlı aşağı da düşüb. Hesab edirəm ki, müəyyən müddət ərzində biz dərs prosesinə fasilə verə bilərik və verməliyik. Məktəblərlərdə müəyyən müddətə qədər tətil elan edilməlidir.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, xəstələnmiş uşaqlar məktəbdə, yolda, avtobusda da kimisə yoluxdurmağa davam edir:

“Həmişə hər hansısa bir yoluxucu xəstəlik, hansısa bir pandemiya qısa müddət ərzində məhz təhsil müəsisələrinin vasittəsi ilə yayılır. Çünki ölkənin demək olar ki, bütün insanları təhsil prosesinin iştirakçılarıdırlar. Yəni ölkə vətəndaşımızım böyük qismi orta məktəbdə şagird qismində, həmçinin böyük bir faizi müəllim və tələbə formatında təhsil prosesində iştirak edir və istər-istəməz gündəlik proseslərdə biz yoluxma hallarının şahidi ola bilirik. Hətta geridə qoyduğumuz müddət ərzində görürük ki, şagirdlər arasında yoluxmanın sürətli olmasının səbəbi şagirdlər arasında hər hansı bir qorunma imkanlarının həyata keçirilməməsidir. Şagirdlər demək olar ki, ara məsafəni gözləmirlər, hətta valideynlər bəzi hallarda xəstə uşaqlarını məktəbə göndərirlər.
Etiraf edək ki, 2023-cü ilin noyabr, dekabr aylarından uşaqlar arasında qızılca və mövsümü xəstəliklər geniş yayılıb və hətta davamiyyət bununla bağlı aşağı düşüb. Hesab edirəm ki, müəyyən müddət ərzində biz dərs prosesinə fasilə verə bilərik və verməliyik. Ona görə ki, yoluxmuş şəxslər xəstə halda məktəblərə gəlirlər, digər şagirdlərlə ünsiyyətdə olurlar, bu zaman yoluxma sayı arta bilir, həmçinin məktəbə gedəndə yolda, ictimai nəqliyyatda kimlərləsə kontaktda ola bilirlər və bu zaman yoluxma artır. Gündəlik apardığımız monitorinqlərdə də demək olar ki, bütün məktəblərdə qızılcaya yoluxma halları müşahidə olunur. Hesab edirəm ki, biz yoluxmanın fasilə verməsi üçün əlaqənin, təmasın qırılması üçün ən azı 2 həftəlik dərs prosesində dayanmaya getməliyik”.

Nigar