MƏKTƏB YOLUNDA BÖYÜK TƏHLÜKƏ… FOTObackend

MƏKTƏB YOLUNDA BÖYÜK TƏHLÜKƏ… FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Şəhərdə yerləşən Bakı Avropa Liseyinin qarşısında təhlükəli vəziyyət yaranıb. Məktəb kompleksinin qarşısındakı yolda iki böyük konalizasiya lyukunun ağzı açıq qalıb.

Tribunainfo.az yazır ki, yolun ortasında yanaşı halda olan iki lyukun qapağı uzun müddətdir ki, yoxdur. Bu həm avtomobillərin hərəkətinə problem, həm də burada maşından enib məktəbə yollanan şagirdlər üçün təhlükəli vəziyyət taradır. Lyukların uzun müddətdir ki, bu vəziyyətdə olması və heç bir tədbir görülməməsi valideynlərin narahatlığına səbəb olub.

Paytaxtın nümunəvi yerlərindən sayılan bir ərazidə yolun tən ortasında belə bir problemin olması xoş hal deyil. Bu kimi hallara şəhərkənarı yerlərdə daha çox rast gəlinirdi, indi isə mərkəzdə də eyni problem yaşanır.

Valideynlər tez bir zamanda aidiyyəti qurumların problemi aradan qaldırmasını istəyir