“MƏKTƏB VƏ ALİ TƏHSİL OCAQLARININ MÜHAFİZƏSİ GÜCLƏNDİRİLMƏLİDİR…” – TƏHSİL EKSPERTİbackend

“MƏKTƏB VƏ ALİ TƏHSİL OCAQLARININ MÜHAFİZƏSİ GÜCLƏNDİRİLMƏLİDİR…” – TƏHSİL EKSPERTİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir ay ərzində Bakı şəhərində baş vermiş silahlı hücum hadisələri təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirilməsini zəruri edir. Orta məktəbləri və şagirdləri silahlı hücumdan qorumaq üçün bir neçə addım atılmalıdır.

Tribunainfo.az-ın məlumatına görə, olduqca ciddi mövzuya diqqət çəkən təhsil eksperti Kamran Əsədov təklif edib ki, gec olmadan bütün təhsil ocaqlarında təhlükəsizlik planı yaratmaq lazımdır:

“Məktəbdə təhlükəsizlik planı yaratmaq və buna uyğun tədbirlər görmək lazımdır. Bu plan, silahlı hücumların qarşısının alınması, şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi və həyata keçirilməsi üçün strateji tədbirlərini əhatə edir.

Məltəb binaların təhlükəsizliyinə önəm verilməlidir. Məktəblər, şagirdlərin təhlükəsizliyini təmin etmək və binaların təhlükəsizliyini artırmaq üçün müxtəlif tədbirlər görməlidirlər. Bu tədbirlər arasında qapıların və pəncərələrin kilitlənməsi, məktəb korpusları arasındakı qapıların kilitlənməsi, kamera sistemləri, giriş və çıxışların monitorinqi və s.

Şagird, tələbə və müəllimlərin təlimi təşkil olunmalıdır. Məktəbdəki şagird və müəllimlər, hücum hallarında doğru addımlar atmaq və silahlı hücum anında qorunmaq üçün təlim almalıdırlar. Tələbələrə, müəllimlərə və valideynlərə silahlı hücumun necə baş verdiyini və nə edilməsi lazım olduğunu izah etmək lazımdır”.

Təhsil eksperti əlavə edib ki, bu istiqamətdə aparılan bütün işlərə valideynlər də cəlb edilməli, valideynlərlə iş birliyi aparılmalıdır:

“Məktəblə əlaqəsi olan valideynlərlə birgə işləmək və onlara təhlükəsizlik planı haqqında məlumat vermək də çox önəmlidir. Həmçinin valideynlərlə birgə məktəbdə tədbirlər keçirmək, təhlükəsizliyin artırılması üçün imkanlar axtarmaq lazımdır”.