MEDİA jurnalistlər üçün müsabiqə elan edibbackend

MEDİA jurnalistlər üçün müsabiqə elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsabiqədə iştirak etmək üçün müraciət və ona əlavə edilən sənədlər elektron formada mib.media.gov.az portalı vasitəsilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinə təqdim edilir.

MEDİA-dan Tribunainfo.az -a bildirilib ki, müsabiqənin əsas şərti müsabiqə elan olunan günədək son 3 aylıq dövr ərzində dərc olunmuş və ya yayımlanmış materialı təqdim etməkdir.

 

Müsabiqəyə təqdim edilən materiallar:

 

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində çap mediası və onlayn media subyektində dərc olunmuş hər hansı bir yazısını aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

 

– ən yaxşı reportaj;

 

– ən yaxşı ictimai-siyasi təhlil;

 

– ən yaxşı sosial-iqtisadi təhlil;

 

– ən yaxşı müsahibə;

 

– ən yaxşı mədəniyyət materialı;

 

– ən yaxşı köşə yazısı;

 

– ən yaxşı jurnalist araşdırması;

 

– ən yaxşı oçerk.

 

Jurnalist müsabiqə elan olunan günədək son 3 (üç) aylıq dövr ərzində audiovizual media subyektində yayımlanmış və həcmi (xronometrajı) ən çoxu 5 (beş) dəqiqə olan süjetini aşağıdakı nominasiyalardan yalnız biri üzrə müsabiqəyə təqdim edir:

 

– ən yaxşı ictimai-siyasi reportaj;

 

– ən yaxşı iqtisadi reportaj;

 

– ən yaxşı sosial reportaj;

 

– ən yaxşı mədəniyyət reportajı;

 

– ən yaxşı idman reportajı.

 

Materialların qiymətləndirilməsi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən cəlb edilmiş 3 (üç) müstəqil ekspert tərəfindən həyata keçirilir.

 

Müsabiqənin yekununda yazılar üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə 5 (beş) jurnalist, süjetlər üçün nəzərdə tutulmuş nominasiyaların hər biri üzrə isə 2 (iki) jurnalist və 2 (iki) operator qalib elan edilir və mükafatlandırılır.

 

Müsabiqəyə müraciət qəbulu 20 iyun 2024-cü il tarixinədək davam edəcəkdir.

 

MEDİA – fərdi jurnalist müsabiqəsinin keçirilməsi qaydaları ilə buradan tanış ola bilərsiniz.

 

Müsabiqə Qaydaları

 

Müraciət forması