Mask yenidən dünyanın ən varlı adamıdırbackend

Mask yenidən dünyanın ən varlı adamıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask qısa müddətə “dünyanın ən varlı adamı”statusunu  bərpa edib.

Belə ki,  fransız milyarder Bernar Arno onu geridə qoymuşdu.

Tribunainfo.az  xəbər verir ki, bu barədə  “Bloomberg” yazıb.

Məlumata görə, Maskın sərvəti “Tesla”-nın səhm qiymətinin demək olar ki, 70% artması sayəsində artıb.

Qeyd edək ki, elektrik avtomobil istehsalçısının səhmləri yanvarın 6-da gün ərzindəki minimum göstəricidən təxminən 100 % bahalaşıb.

Bildirək ki, şirkət bir neçə modelin qiymətini endirdikdən sonra öz elektrik avtomobillərinə artan tələbatdan da yararlanıb.

Beləliklə, “Tesla”-nın səhmləri Nyu-Yorkda 5,5% artaraq 207,63 dollara yüksələrək Maskın sərvətini 187,1 milyard dollara yüksəldib.

Bu, qısa müddətdə sərvətilə Maskı ötüb keçən fransız milyarder Bernar Arnonun sərvətindən 185,3 milyard dollar çoxdur.