MARKETLƏRƏ SAXTA KOFELƏR QOYULDUbackend

MARKETLƏRƏ SAXTA KOFELƏR QOYULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kofe qiymətləri qalxdıqdan sonra oğurluğa qarşı İngiltərənin paytaxtı Londonda supermarketə saxta qəhvə qabları qoyulub.

Tribunainfo.az TRTHaber-ə istinadən xəbər verir ki, kofelərin üzərində “Xahiş edirəm xidmətçidən kömək istəyin” yazılıb.

Kofe bankalarının birində “Bu məhsul modeldir, satış üçün nəzərdə tutulmayıb, zəhmət olmasa bir işçidən kömək istəyin” yazısı olan kağız görünüb.

Qeyd edək ki, İngiltərədə bahalaşma səbəbindən ərzaq mağazalarında, qəhvə, şokolad və qeyri-ərzaq mallarında ümumi inflyasiya səviyyəsi 9 faizə çatdı.