Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıbbackend

Makedoniyanın adının dəyişdirilməsi ilə bağlı referendum etibarsız sayılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Makedoniya Respublikasının adının dəyişdirilməsi ilə bağlı Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasına dair sentyabrın 30-da keçirilmiş referendum etibarsız sayılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə mətbuat konfransında Makedoniyanın Dövlət Seçki Komissiyasının (DSK) sədri Oliver Derkoski bülletenlərin hamısının hesablanmasından sonra məlumat verib.

“2018-ci ildə keçirilmiş referendumda səsvermənin təsdiqlənmiş nəticələrinə əsasən, qərar qəbul edilmir, çünki seçki siyahılarında olan seçicilərin yarısı səs verməyib”, – deyə o bildirib.

DSK-nın məlumatına görə, yekun seçici fəallığı 36,91% təşkil edib. Onlardan 91,46%-i (609 mindən çox vətəndaş) Yunanıstanla hökumətlərarası müqavilənin imzalanmasının lehinə, 5,65%-i isə əleyhinə səs verib.