MAKARON BÖHRANI – HÖKUMƏT TƏCİLİ GÖRÜŞ KEÇİRİRbackend

MAKARON BÖHRANI – HÖKUMƏT TƏCİLİ GÖRÜŞ KEÇİRİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Buğdanın ucuzlaşmasına baxmayaraq, makaron məhsullarının qiymətinin artması ölkədə çaxnaşmalara səbəb olub.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, makaron qiymətlərinin artması ilə əlaqədar hökumət İtaliyada iclas keçirəcək.

İtaliya hökuməti bu gün sənaye naziri Adolfo Ursonun çağırışı ilə fövqəladə iclas keçirərək makaron qiymətlərindəki ciddi artımı dəyərləndirəcək.

Nazirliyin məlumatına görə, buğdanın qiymətinin ucuzlaşmasına baxmayaraq, mart ayında spagetti və digər makaron məmulatlarının qiymətləri illik bazda 17,5 faiz artıb.

Ərzaq və enerji sahələrində baza inflyasiyası isə aprel ayında illik bazda sabit olaraq yüzdə 6,8 olub. Ölkədə makaron məmulatının istehsal olunduğu bərk buğdanın qiyməti rəsmi məlumatlara görə, ötən illə müqayisədə 30 faiz ucuzlaşıb. Hökumətin təyin etdiyi xüsusi komissiyanın keçirəcəyi iclasda xammal, enerji və istehsal xərclərinin artmasının qiymətlərə təsiri araşdırılacaq.

Ölkənin aparıcı istehlakçı hüquqları təşkilatlarından biri olan Assoutenti qiymət artımında qida şirkətlərini günahlandırır.

İstehsalçılar isə enerji, qablaşdırma və logistika xərclərinə görə xərclərin artdığını və bunun makaron qiymətlərində əks olunduğunu iddia edirlər.

Qida istehsalçılarını təmsil edən Unione Italiana Food-un sözçüsü İvana Calo, makaronun əsasən ucuz olduğunu və qiymət artımlarının ailələrin büdcələrinə “məhdud təsir” göstərəcəyini söyləyib.