Səudiyyə Ərəbistanına məxsus “Asharq al-Awsat” qəzeti yazıb ki, Qəzzada bir ayda öldürülən mülki insanların sayı Rusiya-Ukrayna müharibəsi boyunca 20 ayda (592 gün) öldürülən mülki əhali sayını ötüb.
Qəzza Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu yana Qəzzada 4104 uşaq, 2641 qadın olmaqla 10022 insan öldürülüb, 24 min nəfər yaralanıb.
Tribunainfo.az yazır ki, müharibənin bir ay, bir həftəsi tamam olmaqdadır.
Ukraynada ötən müddətdə 9806 mülki şəxs öldürülüb, 17962 nəfər yaralanıb. Ekspertlər çağırışlarına Yaxın Şərqə sülh arzulayırlar və müharibənin davamını yeni insan ölümü adlandırırlar.
Konfliktoloq Elman Vəliyev deyir ki, Mahmud Abbas HƏMAS-ın qalib gəlməsindən ehtiyat edir. “Niyə demir ki, Həmasa dəstəyi? Yaxşı bilir ki, Həmas qalib gəlsə, Mahmudun idarəçiliyi suya düşəcək. Müstəqil Fələstin dövləti olsa, rəhbər olmaq şansı yoxa bərabərdir. Digər yandan da, İsrailin qalib gəlməsini istəmir. Qalib gəlsə, zatən Qərbi Şeira İsrailin əlinə keçəcək!
Bu müharibə bir xeyli vaxt aparacaq. İsrail Qəzzanın içərilərinə doğru irəliləyə bilir. İsrailin böyük üstünlükləri ola bilməz. Burada əsas qazanan Hizbullahdır. Məkan imkanlarını nəzərdə tuturam. Hizbullahın da Həmasdan ötəri canı yanmır. İsrail-Həmas toqquşursa, nə olur? Hər iki tərəf çox yorğun, düşər. Nəticədə Hizbullah istədiyini rahatca edə bilər”.