“LUKOİL-Azərbaycan” hakim qarşısında… Nə qərar veriləcək?

“LUKOİL-Azərbaycan” hakim qarşısında… Nə qərar veriləcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lukoil-Azərbaycan” QSC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, QSC İnzibati Xətalar Məcəlləsinin ictimai təhlükəsizlik qaydaları əleyhinə olan 518.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Lukoil-Azərbaycan”la bağlı iş baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilib. 28 noyabr tarixində hakim Zaur Hacıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “LUKOİL-Azərbaycan” 1993-cü ildə dünya üzrə «”LUKOIL” ASC-ın ilk xarici layihəsi kimi təsis olunub.

​”LUKOIL-Azərbaycan” QSC-nin direktoru ​Zaur Cəlil oğlu Cəlilov.

Qarşı tərəfi dinləməyə hazırıq.

Nigar