Azərbaycan və Türkiyənin “Tiktok” seqmentində rekord sayda izlənmə qeydə alınıb. Tribunainfo.az bildirir ki, sosial şəbəkədə yayılan məlum lift videosundan sonra “sevgi üçbucağı”nın canlı yayımlarını toplamda 300 min insan izləyib. Bu barədə azxeber.com-un rəhbəri, jurnalist Hacıbəy Heydərli qeyd edib. Onun sözlərinə görə, xəyanətə uğrayan Furkana 2 saat ərzində 25 min dollar dəyərində hədiyyə göndərilib: “Nia Kurbanovunun video ilə bağlı açıqlamasına 5 saat ərzində 3 milyona yaxın insan izləyib”.
Publisist Qan Turalı isə filosof Nitsşedən sitat gətirərək hansı vəziyyətə gəlib çıxdığımıza eyham vurub. Sosial media aktivistləri arasında başqaları da bu məsələnin gündəm olmasını tənqid ediblər.