Levandovski ilin, Ronaldo əsrin ən yaxşı futbolçusu seçildibackend

Levandovski ilin, Ronaldo əsrin ən yaxşı futbolçusu seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dubayda “Globe Soccer Awards” mükafatlarının təqdimat mərasimi keçirilib.

TİA.AZ xəbər verir ki, mərasimdə Polşa yığmasının və “Bavariya”nın hücumçusu Robert Levandovski 2020-ci ilin futbolçusu, Münhen təmsilçisinin çalışdırıcısı Hansi Flik isə ilin məşqçisi elan olunub. “Bavariya” da ilin klubu seçilib.

“Globe Soccer Awards” əsrin ən yaxşılarını da elan edib. “Yuventus”un hücumçusu Kristiano Ronaldo 21-ci əsrin ən yaxşı futbolçusu elan olunub.

Hazırda İngiltərənin “Mançester Siti” klubunu çalışdıran Pep Qvardiola əsrin məşqçisi, İspaniya “Real”ı əsrin klubu, Jorje Mendeş əsrin futbol agenti seçilib. İker Kasilyas və Jerar Pike isə uğurlu karyera mükafatına layiq görülüb.

Almaniya “Bavariya”sının hücumçusu Robert Levandovski Avropa Klubları Assosiasiyası (ECA) və Avropa Futbol Agentləri Assosiasiyasının (EFAA) təsis etdiyi “Globe Soccer Awards” versiyası üzrə 2020-ci ilin ən yaxş futbolçusu seçilib.

“Report” xəbər verir ki, mükafatlar daha bir neçə nominasiyada təqdim edilib.

Portuqaliyalı Kriştianu Ronaldu “Əsrin oyunçusu” nominasiyasında qalib gəlib, “Bavariya”ya rəhbərlik edən Hans-Diter Flik ilin ən yaxşı baş məşqçisi, Xosep Qvardiola isə əsrin ən yaxşı baş məşqçisi seçilib.

İspaniya millisinin və “Real Madrid” klubunun qapıçısı Iker Kasilyas ilə müdafiəçi Jerar Pike ən yaxşı futbolçu karyeralarına malik oyunçular qismində mükafatlar alıblar. “Real Madrid” XXI əsrin ən yaxşı futbol klubu, “Bavariya” isə 2020-ci ilin komandası seçilib.

Ən yaxşı agent mükafatı yenidən Ronaldunun maraqlarını təmsil edən Jorje Mendeşə verilib.