““Leobank” səhmlər bölməsində yatırımlar etmək risklidir. 2 gündür profilaftik iş gedir. Heç kimə maraqlı deyil mənim orda səhmlərim batır ya necə olur”.
Tribunainfo.az xəbər verir ki, belə problemlə üzləşən vətəndaş Zəka Piriyev şikayətilə əlaqədar sosial şəbəkədə yazıb. Şikayətçi qeyd edib ki, belə məsuliyyətsiz banklara pul əmanət etmək olmaz:
“Bu zibilin məsuliyyəti altına girə bilmirsinizsə xırda işlərlə məşqul olun. Yaxşı gec olmadan hiss etdirdiniz ki, yüksək məbləğləri sizə arxayın etmək olmaz. Hər kəsə də nəzərə almağı tövsiyyə edirəm. Zəng də edəndə robot kimi cavab verirlər “profilaftik iş gedir””.
Vətəndaşın şikayətinə biganə qalmayan digər istifadəçi isə bildirib ki, bu cür etibarsız banklara inanıb səhm əmanət etmək olmaz:
“ “Leobank” kimi maşennik kartlardan niyə əl çəkmirsiz? Gərək pullarınızı qəpiyə kimi menimsəsin?”
Tribunainfo.az