Şübhəli şəxs Ledi Qaqanın evində dolaşdığına görə məşhur müğənninin evinə polis çağırılıb.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, Ledi Qaqaya çiçək vermək istədiyini deyən şəxsin daha əvvəl hədiyyə vermək üçün evə girməyə cəhd edən şəxs olduğu öyrənilib.
Polislər evə gələndə Ledi Qaqanın mühafizəçilərinin həmin şəxsin məşhur müğənniyə gül vermək üçün orada olduğunu deyərək, onu zərərsizləşdirdiyi öyrənilib.
Hadisə zamanı Ledi Qaqanın evin içində olduğu və təhlükəsiz olduğu öyrənilib. Bildirilib ki, Ledi Qaqa ilə onun evinə soxulmaq istəyən şəxs qarşılaşmayıb.