LAVROVUN BAKIDA “ÇEVİR TATI, VUR TATI” SÖHBƏTİ – ANALİTİKDƏN ŞƏRHbackend

LAVROVUN BAKIDA “ÇEVİR TATI, VUR TATI” SÖHBƏTİ – ANALİTİKDƏN ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri ötən ilin iyun ayında Bakıda olarkən Azərbaycanla Ermənistan arasında sülh danışıqlarını, sərhədin müəyyənləşdirilməsini və iki dövlət arasında kommunikasiya xətlərinin açılmasını müzakirə etmişdi. Lavrov yenə Bakıdadır və mövzular yenə eynidir.

Tribunainfo.az yazı ki, bu barədə danışan politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Sergey Lavrov iyunda da azərbaycanlı həmkarı Ceyhun Bayramovla iki dövlətin informasiya siyasətini müzakirə etmişdilər:

“Ceyhun Bayramov Azərbaycanın bir neçə rusdilli saytının Rusiya ərazisində bloklandığının Bakıda narahatlıq doğurduğunu Lavrova demişdi. Lavrovun ötən dəfəki səfəri ərəfəsində Rusiyannın “Ria Novosti” agentliyi erməni separatçılarından biri ilə Azərbaycan əleyhinə reportaj yayımlamışdı. 8 aydan sonra Lavrov yenidən Bakıya qayıdıb. Keyfiyyət dəyişikliyi baş verməyib. Bu 8 ayda Rusiya mediasında separatçılardan nəinki müsahibələr yayımlanmaqda davam edib, Moskvada onlarla mütəmadi görüşlər də təşkil olunub”.

Tribunainfo.az