LAVROV ERMƏNİLƏRİ PƏRT ETDİbackend

LAVROV ERMƏNİLƏRİ PƏRT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru İsmayıl Tanrıverdi bildirib ki, Lavrov Erməniləri pərt edən doğru cavab verib.

Tribunainfo.az-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov dekabrın 1-də Avropanın təhlükəsizliyi məsələlərinə həsr olunmuş mətbuat konfransında “RİA Novosti” müxbirinin suallarına cavab olaraq deyib: – “Praqada keçirilən dördtərəfli görüşdə Ermənistan tərəfinin Alma-Ata Bəyannaməsini təsdiqləməsi elə Qarabağın statusu məsələsini də qeyd-şərtsiz həll edir”.
“Alma-Ata bəyannaməsində göstərilir ki, bütün SSRİ respublikaları arasında sərhədlərin toxunulmazlığını təsdiq edir, başqa sözlə, o zaman Dağlıq Qarabağ Muxtar Vilayəti mütləq Azərbaycan SSR-in tərkibində olub.”
Rusiya Federasiyasının baş diplomatı əlavə olaraq qeyd edib: “Əbəs yerə deyil ki, Ermənistan rəhbərliyi son vaxtlar Qarabağdakı ermənilərin statusundan daha çox onların hüquqlarından danışır. Azərbaycan açıq- aşkar Qarabağ ermənilərinə Azərbaycanın digər vətəndaşlarının malik olduğu hüquqlarla eyni hüquqi təminat verməyə hazırdır”.
Jurnalistin Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin bərpası nə dərəcədə realdır sualına gəlincə, Lavrov vurğulayıb ki, buna heç bir ehtiyac yoxdur, çünki artıq o strukturu xatırlayan yoxdur. Ermənistanda bəzi siyasətçilər ATƏT-in Minsk qrupunun fəaliyyətində nə baş verdiyi ilə maraqlananda, deyim ki, ABŞ və Fransa həmin strukturu “dəfn ediblər” və Rusiyanın bununla heç bir əlaqəsi yoxdur”.

Nigar

Tribunainfo.az