“Lalafo”da 20 manatlıq döşək satmaq istədi, kartından 1200 manat oğurlandı – FOTObackend

“Lalafo”da 20 manatlıq döşək satmaq istədi, kartından 1200 manat oğurlandı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xırdalan şəhər sakini Vüqar Ramazanov kibercinayətin qurbanı olub. Uşaq döşəyini satmaq üçün saytda elan yerləşdirməsi onun 1200 manat pulunun oğurlanmasına səbəb olub.
V.Ramazanov Bakupost.az -a bildirib ki, hər şey aprelin 16-da Lalafo.az saytında uşaq döşəyini satışa qoymasından sonra baş verib.
Onun sözlərinə görə, elanı yerləşdirəndən dörd gün sonra – aprelin 20-də həmin saytın adından Raman adlı şəxs tərəfindən mobil telefonuna sms göndərilib:
“O, döşəyi almaq istədiyini bildirdi. Ardınca da əlaqə nömrəsini yazdı. Votsap vasitəsilə onunla əlaqə saxladım. Dedi ki, ödəniş kartını göndər, ora 20 AZN pul ödəyim, kuryer vasitəsilə döşəyi götürüm. Mən də “Lalafo.az saytına inanıb “Bank of Baku”ya aid, içində 70 AZN pul olan bank kartımı Raman Qanbayevə göndərdim. O isə dedi ki, bu kart işimizə yaramır”.
yaramır”.
V.Ramazanov deyib ki, bu səbəbdən növbəti bank kartını Raman Qanbayevə göndərib:
“İkinci mərhələdə o, mənə link göndərdi və “Lalafo.az” saytının şəklini qoyaraq Zeynəb adlı qız adıyla söhbət etməyə başladı. Bundan sonra başqa bir bank kartı istədi. Həyat yoldaşıma aid olan Azərbaycan Beynəlxalq Bankının kartını ona göndərəndən sonra əlavə bir səhifə açıldı. Mənə bildirdi ki, “20 AZN” yazılan sözün üzərinə iki dəfə tıkla, məbləğ kartına əlavə ediləcək. Mən də o dediyi kimi etdim və gördüm ki, həyat yoldaşımın bank kartından 1200 AZN məbləğində pul silindi. Sonra həmin adam növbəti dəfə mənimlə əlaqə saxladı və inandırmağa çalışdı ki, siz əlavə 75 manat ödəsəniz, pulunuz geri qayıdacaq”.
V.Ramazanov dələduzluğun qurbanı olduğunu anlayandan sonra hüquq-mühafizə orqanlarına müraciət edib:
“Polisdən bildirdilər ki, çıxarış təqdim etməlisiniz. Aprelin 22-də çıxarış almaq mümkün oldu və Abşeron rayon polis idarəsinə müraciət etdim. Hələ ki, məsələnin araşdırılması ilə bağlı mənə məlumat verilməyib. Aldanmışam və fırıldaqçıların digər insanlarımızı da aldatmasını istəmirəm. Yəqin ki, həmin şəxs yenə də cinayət əməllərini davam etdirir. Hüquq-mühafizə orqanlarından bu cinayət hadisəsinin araşdırlması və ciddi tədbirlər görülməsini xahiş edirəm”.
Qeyd edək ki, dələduzluqla məşğul olan Raman Qəhrəmanovun Votsap nömrəsi bu dəqiqə də işləkdir.