Laçında təmir olunan ev Fədayə Laçına məxsusdur? – VİDEObackend

Laçında təmir olunan ev Fədayə Laçına məxsusdur? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə müğənni Fədayə Laçına aid olduğu deyilən evin görüntüləri yayılıb. Qeyd edilib ki, müğənninin ata yurdu Laçındakı evi təmir olunur.

Müğənni məsələyə aydınlıq gətirib.

“Bu bizim ev deyil. Mən nənəmgildə (anamın anası) böyümüşəm. Xalamgilə həmin videonu yolladım, onlar dedilər ki, bura bizim ev deyil. Heç kəndimiz də deyil. Yayda, iyun ayında məhz Laçına getmək üçün Azərbaycana gələcəyəm. Qohum-əqrabalarımız gedib-gəlib, hətta evimizi də çəkib bizə yollayıblar. Biz Laçının Alxaslı kəndindənik”, – deyə müğənni bildirib./moderator.az