LAÇIN YOLUNUN AÇILMASI NİYƏ NARAHATLIQ YARADIR?backend

LAÇIN YOLUNUN AÇILMASI NİYƏ NARAHATLIQ YARADIR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam-Xankəndi yolunun açılmasından sonra 24 saat ərzində Laçın yolunun da açılacağı ilə bağlı deyilənlər müəyyən narahatlıq yaratdı. Bir çoxları bunu Qarabağda ermənilərin separatizmi davam etdirmək üçün fürsət verilməsi, yenidən silahlanmaq üçün şərait yaradılması kimi dəyərləndirdi.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, əslində vəziyyət ciddi şəkildə fərqlidir. Belə ki, son 3 ayda Azərbaycan dövləti məhz bu nəticəyə nail olmaq üçün bütün müstəvilərdə mübarizə aparıb:

“Azərbaycanın da ilk gündən şərtimiz belə olub. Yəni öncə Ağdam-Xankəndi, daha sonra isə Laçın yolu açılır. Bu işdə əsas olan odur ki, Ağdam yolu ön plandadır. Cənab prezident də Makronla danışığı zamanı bu məqamı vurğulayıb”.

Belə ki, proseslər Azərbaycanın istəyinə uyğun şəkildə davam edir. H.Hacıyev bildirib ki, narahatçılıq üçün heç bir əsas yoxdur və proses Azərbaycan tərəfinin ciddi nəzarəti altındadır.