Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib

Küveyt Dövlətinin Vəliəhdi Azərbaycana səfərə gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Həməd əl-Sabah BMT-nin İqlim Dəyişmələri üzrə çərçivəsində Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 12-də Azərbaycan Respublikasına səfərə gəlib.

Tribunainfo.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, ötən ay Azərbaycanın Küveytdəki səfiri Emil Kərimov iki ölkə arasında təhsil, ədliyyə, kənd təsərrüfatı, mədəniyyət və idman kimi sahələrdə əməkdaşlığa dair müqavilələrin bağlanılmasının gözlənildiyini bildirmişdi.

Bundan başqa, sentyabrda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdi.