KTMT İRƏVANLA BAKI ARASINDA SÜLH MÜQAVİLƏSİNİN İMZALANACAĞINA ÜMİD EDİRbackend

KTMT İRƏVANLA BAKI ARASINDA SÜLH MÜQAVİLƏSİNİN İMZALANACAĞINA ÜMİD EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Növbəti mərhələ Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyasıdır”.

Tribunainfo.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, jurnalistlərə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov deyib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanacağına ümid edir.

İmanqali Tasmaqambetov qeyd edib ki, Cənubi Qafqazdakı vəziyyətlə bağlı müntəzəm danışıqlar aparılır və bu yaxınlarda Avropada növbəti raund baş tutub.

“Həm Azərbaycan, həm də Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən iki ölkə arasındakı sərhədləri praktiki olaraq tanıyır”, – KTMT-nin baş katibi deyib.

MDB-nin yaradılması ilə bağlı bu sənəddə deyilir ki, yeni dövlətlər arasında sərhədlər keçmiş SSRİ-nin müttəfiq respublikaları arasındakı inzibati sərhədlər əsasında qurulacaq.
“Ümid edirik ki, bu danışıqlar sülh müqaviləsinin imzalanmasına gətirib çıxaracaq. Və bundan sonra ölkələr sərhədin delimitasiyasına başlayacaqlar”, – Tasmaqambetov əlavə edib.

Xatırladaq ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüş keçirilib. Görüşdə Paşinyan və Əliyev 1991-ci il Alma-Ata Bəyannaməsinin ərazi bütövlüyünün qarşılıqlı tanınmasını nəzərdə tutan bəndlərinə sadiq olduqlarını bildiriblər.