Kremlə hücumun arxasında Ukrayna dayanır? – Zelenski AÇIQLADIbackend

Kremlə hücumun arxasında Ukrayna dayanır? – Zelenski AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyaya edilən hücumun Ukrayna tərəfindən olmadığını deyib.

Tribunainfo.az xəbər verir ki, Finlandiyanın paytaxtı Helsinkidə keçirilən Şimal-Ukrayna Sammitindən sonra Ukrayna prezidenti Volodimir Zelenski, İsveçin baş naziri Ulf Kristersson, Norveçin baş naziri Jonas Qahr Store, Danimarkanın baş naziri Mette Frederiksen və İslandiyanın baş naziri Katrin Yakobsdottir birgə mətbuat konfransı keçirib.

Zelenski burada verdiyi açıqlamada dronların Kremlə hücumundan danışıb.
Rusiyanın Kreml Sarayına pilotsuz təyyarə hücumunun arxasında Ukraynanın dayandığına dair iddialarını rədd edən Zelenski deyib:
“Biz Putinə hücum etməmişik. Biz öz torpağımızda döyüşürük, kəndlərimizi və şəhərlərimizi müdafiə edirik. Biz Putinə və ya Moskvaya hücum etmirik. Bizim hücum üçün kifayət qədər silahımız yoxdur.”