Kitabxanalarda Koha sistemi tətbiq ediləcək – Nazirlik rəsmisibackend

Kitabxanalarda Koha sistemi tətbiq ediləcək – Nazirlik rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Naşirlərdən və ayrı-ayrı müstəqil müəlliflərdən ölkə kitabxanalarının zənginləşdirilməsi məqsədilə keçən il təxminən 105 min manatlıq, bu il isə 500 min manatlıq kitablar alınıb”.
TİA.AZ xəbər verir ki, bunu “Real” televiziyasına açıqlamasında Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli deyib.
Kitab sənayesində əsaslı islahatların aparıldığını deyən A.Marifli bu prosesin həmçinin naşirlərə dəstək funksiyası yerinə yetirdiyini bildirib:
“Bilirsiniz ki, kitabxanalarımızda hələ də Kirill əlifbasında olan kitablar üstünlük təşkil edir. Zaman-zaman biz bunları latın qrafikasında olan kitablara çevirmək istiqamətində çalışırıq. Növbəti il bundan da böyük tirajla kitablar alınacaq”.
A.Marifli həmçinin vurğulayıb ki, nazirlik üçün əsas prioritet məsələlərdən biri də ölkə kitabxanalarındakı ciddi kadr çatışmazlığının aradan qaldırılmasıdır: “Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin məzunlarının kitabxanalarda işlə təmin olunması prosesinə artıq ötən ildən başlanılıb. Növbəti illərdə də bu proses davam edəcək”.
Nazirlik rəsmisi həmçinin ölkə kitabxanalarında yeni sistemin tətbiqi ilə bağlı da məlumat verib:
“İlk olaraq islahatlar çərçivəsində kitabxanalarımızda yeni bir sistem tətbiq edilib. Bu dünyanın 72 ölkəsində tətbiq olunan Koha sistemidir. Artıq ölkəmizdə də bu sistem 2023- cü ildən tətbiq olunacaq. Bu da o deməkdir ki, Koha sistemi vasitəsilə Azərbaycan oxucusu dünyanın 72 ölkəsinin virtual kitabxanasına keçid edə biləcək”.