Kimlərə şaurma yemək zərərlidir?backend

Kimlərə şaurma yemək zərərlidir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bir çox xəstə kateqoriyalarına şaurma yemək təhlükəlidir.
Tribunainfo.az xəbər verir ki, dietoloq Yelena Solomatina bu qidanın zərərlərini açıqlayıb.
“Moskva və Sankt-Peterburqda satılan şaurmalarda Roskacestvo 29 nümunədən 15-də bağırsaq çöpləri aşkar edib.
Normalda bu mikroorqanizmlər bağırsaqda var. Amma bu şərti patogen bakteriya normadan çox olduqda və intensiv çoxaldıqda, sağlamlığınız üçün xoşagəlməz hallar yarada bilər.
Amma qorxulusu odur ki, şaurmaların birində qızılı stafilakokk tapılıb.
Məhz şaurma stafilakokk üçün əlverişli mühitə malikdir. Çünki onun içində qarışıq inqridiyentlər və çiy tərəvəzlər də çoxdur. İsti, rütubət, bükülmə, qaranlıq – patogenlərin saxlanması və artması üçün tam uyğundur.
Şaurma hazırlanan yerdə bıçaq və taxtada olan stafilakokk məhsul hazırlanarkən asanlıqla keçir.
Ona görə də şaurma yaşlı adamlar, uşaqlar, hamilələr, xəstə insanlar üçün təhlükəlidir. Bu adamlarda şaurma ciddi zəhərlənmə verə bilər, sağlam gənclərdə isə adi ürəkbulanma ilə keçib bitir”.