KƏMALƏDDİN HEYDƏROVUN MÜAVİNİ BACIOĞLUNA İŞ TAPDI, BƏS NİYƏ QORUYA BİLMƏMİŞDİ?backend

KƏMALƏDDİN HEYDƏROVUN MÜAVİNİ BACIOĞLUNA İŞ TAPDI, BƏS NİYƏ QORUYA BİLMƏMİŞDİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyinin Modul tipli Hospitalının sabiq baş həkimi İmran Ağayev pandemiya ərəfəsində həbs edilmişdi.
Azadlığa çıxandan sonra Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktor müavini olub.

Tribunainfo.az bildirir ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini, general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O zaman media yazırdı ki, Modul Tipli Xəstəxanada koronavirusa qarşı dərmanlara cavabdeh şəxslər Faiq Tağı-zadə və tibbi-psixoloji yardım şöbəsinin müavini Namiq Qayıbov olub. Dərmanlar Faiq Tağı-zadənin göstərişi ilə Namiq Qayıbov tərəfindən alınıb, bu işin maliyyə tərəfini isə FHN-in Tibb Xidmətinin Maliyyə məsələləri şöbəsinin rəisi, mayor Anar Ələkbərov həyata keçirib. Amma o zaman general bacısı oğlunu həbsdən qoruya bilməmişdi. Nazir müavini yalnız onun işini azalda, bir müddət sonra azadlığa çıxmasına nail ola bilib. İndisə reputasiyası zədəli qohumu yeni işlə təmin olunub. Onu da deyək ki, nazir müavini barəsində müxtəlif iddialar zaman-zaman mediada səslənib.

Xatırladaq ki, İmran Ağayev koronavirus xəstələrinin FHN hospitalının “VIP korpus”larına yerləşdirmək və özəl klinikadan hospitala köçürülməsi müqabilində rüşvət almaqda ittiham edilib. 2021-ci il aprelin 22-də tutulub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, bu il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb.