KEÇİD DÖVRÜ YAŞAYAN UŞAQLARLA NECƏ DAVRANMALI – PSİXOLOQ AÇIQLADIbackend

KEÇİD DÖVRÜ YAŞAYAN UŞAQLARLA NECƏ DAVRANMALI – PSİXOLOQ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Psixoloq Narınc Rüstəmova keçid yaş dövrü yaşayan uşaqlarla sağlam münasibət qurmağın yollarını açıqlayıb.

Tribunainfo.az yazır ki, psixoloqun sözlərinə görə, uşaq hansı yaş dövründə olursa olsun mütləq qaydalar qoymaq lazımdır:”Qaydalar qoymaq! – Ana olaraq övladımızın nələri edə, nələri etməməli olduğunu açıq şəkildə təyin etməli, bu qaydaları ona açıq şəkildə başa salmalıyıq. Qaydalar və sərhədlər uşağın bizə, ətrafına qarşı davranışlarını düzəldir, məsuliyyətli olmasına kömək edir.

Tərifləmək- övladımızın yaxşı davranışını görüb onu tərifləməli, sevgi və diqqət göstərərək uğurlarını hər yerdə vurğulayıb həvəsləndirməliyik. Rəğbətləndirmək həm uşağın özünə qarşı inamını və motivasiyasını artırır, həm də yaxşı davranışını təkrarlamağa təşviq edir.

Legend olmamaq- Övladımızın pis davranışlarına göz yummamalı və ya xoş münasibət göstərməməliyik. Ona səhvini açıq şəkildə izah etməli, yalnış hərəkətlərini düzəltmək üçün şərait yaratmalıyıq. Lazım gələrsə, müvafiq cəza da verməliyik. Sadəcə verdiyimiz cəzanın həddini aşmamasına və öyrədici olmasına diqqət etməliyik”.