KAPİTAL BANK MÜŞTƏRİLƏRİ BELƏ BEZDİRİR… – ŞİKAYƏTbackend

KAPİTAL BANK MÜŞTƏRİLƏRİ BELƏ BEZDİRİR… – ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faktiki olaraq “Birbank”ın müştəri xidmətləri ötür-ötür oyunu aparır. “Kapitalbank” işçilərinin istirahəti və şəbəkələşməsinə sərf etdiyi məbləği müştəri ilə normal kommunikasiya qurmağa sərf etsəydi, daha faydalı olardı.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Birbank” istifadəçisi Tural Turan yazıb. O bildirib ki, sözügedən banka etdiyi müraciətlərə baxılmır, əməkdaşlar vətəndaşı adi problemə görə süründürür:

“ƏDV balansımda olan məbləğ ilə ödəniş etmək istəyirəm, lakin bu zaman texniki xəta olduğunu görürəm. Bu barədə birbank tətbiqində çatbota bildirirəm. Söhbətin ortasında operator qoşulur və skrinşot tələb edir. Bunun mümkün olmadığını bildirəndə, video istəyir. Ekran görüntüsünü videoya çəkib göndərəndə isə bunu Votsap nömrəsinə atmağı xahiş edir. Bəli, bunu özləri yox, müştəridən xahiş edir.
Göstərilən nömrəyə videonu göndərəndə isə bu nömrənin yalnız müraciətə əlavə olunacaq qəbzlərin/şəkillərin göndərilməsi üçün nəzərdə tutulduğu qeyd edilir.
Absurd!
Faktiki olaraq bir bankın daxilində ötür-ötür oyunu aparılır.
Kapitalbank işçilərinin istirahəti və şəbəkələşməsinə sərf etdiyi məbləği müştəri normal kommunikasiya qurmağa cəhd göstərsə idi daha faydalı olardı”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.