Kamran Ağayev milli komandanın məşqçisi təyin olundu
Azərbaycan yığmasının sabiq qapıçısı Kamran Ağayev əsas millidə işə başlayıb.
TİA.AZ-ın məlumatına görə, veteran qolkiper baş məşqçi Canni De Byazinin köməkçisi təyin olunub.Ağayev yığmada qapıçılar üzrə məşqçi funksiyasını yerinə yetirəcək.