Jirinovskidən Yerevandakı aksiya barədə pessimist açıqlamabackend

Jirinovskidən Yerevandakı aksiya barədə pessimist açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanda baş verənlər dövlət çevrilişidir”

Ermənistandakı hakimiyyət dəyişikliyi ağır nəticələrə səbəb ola bilər.
Bu barədə bəyanatı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski yayıb.
“Heç kim zəmanət vermir ki, erməni xalqının həyatı yeni hakimiyyətin dönəmində daha yaxşı olacaq. Ermənistan hakimiyyətindəki adamlar da sadə vətəndaşdırlar və onların da çatışmazlığı mövcuddur. Bu gün Ermənistanda baş verənlər dövlət çevrilişidir. Ermənilər indiki hakimiyyəti devirməklə daha pis hökumət əldə edəcəklər”, – o bildirib. (Axar.az)