Jirayir Liparityan: “Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməliyik”backend

Jirayir Liparityan: “Qarabağın Azərbaycana məxsus olmasını qəbul etməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın keçmiş xarici işlər naziri Jirayir Liparityanın dünən İTV-dəki çıxışı zamanı səsləndirdiyi fikirlər İrəvanda narazılıqla qarşılanıb. JAMAZ.İNFO xəbər verir ki, sabiq nazir öz çıxışında Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpa olunmasının vacibliyini bəyan edib.

Liparityan bildirib ki, hazırda Türkiyənin Ermənistana qarşı münasibəti yaxşıdır və bundan səmərəli istifadə etmək lazımdır. “Biz Azərbaycanın ürəyini almaq üçün Qarabağın onlara məxsus olduğunu qəbul etməliyik. Əks təqdirdə, Ermənistan üçün heç də yaxşı olmayacaq”.

Sabiq nazir müsahibəsində onu da deyib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamalıdır. “Başqa yolumuz yoxdur. Əgər biz Azərbaycanla sülh sazişi imzalamasaq, yeni müharibə və yeni itkilər qaçılmaz olacaq”.

Müsahib onu da vurğulayıb ki, sülh sazişinin imzalanması Azərbaycan üçün də çəkindirici faktor ola bilər. “Amma buna ümid etmək lazım deyil. Bütün hallarda Azərbaycanın tələbləri yerinə yetirilməlidir”.

Liparityan həmçinin qeyd edib ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində daha yaxşı yaşaya bilərlər.