İsveç parlamentinin deputatından iranlı qadınlara dəstək- Çıxışı zamanı saçını kəsdi (VİDEO)backend

İsveç parlamentinin deputatından iranlı qadınlara dəstək- Çıxışı zamanı saçını kəsdi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

sveç parlamentinin deputatı Abir əs-Səhlani çıxışı zamanı İranda 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayan etirazlarla həmrəyliyinin ifadəsi olaraq saçını kəsib.

Bu barədə “Euractiv” məlumat yayıb.

“İran qadınları azad olana qədər biz sizinlə birlikdə olacağıq”, – İraq əsilli deputat deyib.

Sonra o, qayçı götürərək “Qadın, Həyat, Azadlıq!” şüarı altında saçını kəsib.

Qeyd edək ki, bu, iranlı qadınların etirazlar zamanı istifadə etdikləri şüardır.