“İstanbulu köçürməliyik” – Professordan qorxunc proqnozbackend

“İstanbulu köçürməliyik” – Professordan qorxunc proqnoz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəlzələ bölgəsində araşdırmalar aparan professor Barış Binicinin sözlərinə görə, İstanbulda 500 mindən çox bina zəlzələ zamanı uçmaq təhlükəsi ilə üzləşə bilər.

Tribunainfo.az xəbər verir ki, mütəxəssis mümkün İstanbul zəlzələsində tıxaclı tikinti səbəbiylə yaşana biləcək fəlakətə qarşı xəbərdarlıq edib.

Zəlzələ bölgəsində araşdırmalar aparan ODTÜ İnşaat mühəndisliyi fakültəsi professoru Barış Binici zəlzələyə hazırlıq üçün “səfərbərlik” çağırışı edib:

“Binalarımızın təxminən 3,5 faizi ya sökülüb, ya da sökülmə qərarı verilib. Türkiyədə can itkisinə səbəb olacağını gözlədiyimiz binaların sayı 500-600 mindir. İlk həll edilməli olan şey insan itkisinin qarşısını almaqdır. Bunun üçün zəlzələ səfərbərliyi lazımdır”.

Binici zərəri minimuma endirmək üçün elm adamlarının, ictimaiyyətin, yerli hökumətlərin və vətəndaşların birlikdə çalışması lazım olduğunu vurğulayıb.

Binici bildirib ki, İstanbulda söküntü və ya möhkəmləndirmə işlərindən əvvəl boşaldılma işləri aparılmalıdır.

“Məncə, iki sxemə yanaşmaq lazımdır. Biri transformasiya, şəhəri mümkün qədər şimala daşıyıb ərazini boşaltmaqdır. Daha sonra zərəri olan binaların hər biri sökülməlidir”.