İstanbulda səslərin yenidən sayılması bitdi, amma mübahisə bitmədibackend

İstanbulda səslərin yenidən sayılması bitdi, amma mübahisə bitmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulun Maltəpə rayonuda martın 31-də keçirilmiş bələdiyyə seçkilərində verilmiş səslərin yenidən sayılması bu gün səhər saatlarında nəhayət başa çatıb.

Virtualaz.org xəbər verir ki, həmin rayonda AKP-nin tələbi ilə 1089 seçki məntəqəsi üzrə 309 min səs tamamilə yenidən sayılıb, lakin CHP-nin namizədi Əkrəm İmamoğlu ilə AKP-nin namizədi Binəli Yıldırım arasında səs fərqi cəmi 293 səs azalıb.

Səslərin yenidən sayılması başa çatdıqdan sonra yeni protokollarla əvvəlki protokolların müqayisəsi aparılır, yekun protocol tərtib olunur və bu sənədlər İstanbulda seçkiləri kimin qazandığına dair qərar çıxarmaq üçün Yüksək Seçki Kurumuna təqdim ediləcək. Hazırda İmamoğlu il Yıldırım arasında səs fərqi birincinin xeyrinə 13 min 781-dir.

Lakin AKP ötən gün axşam bütün İstanbul üzrə səsvermənin nəticələrini şübhə altına alaraq nəticələrin ləğv edilməsi, yeni seçkilərin keçirilməsi üçün YSK-ya müraciət edib. Bu baxımdam səslərin sayılıb başa çatması ilə iş bitmir, indi YSK-nın nə sayacağına baxmaq lazımdır. AKP-nin namizədi Binəli Yıldırım iki gün əvvəl mətbuat konfransında elan etmişdi ki, İstanbulda seçkilər “murdarlanıb” və ən düzgün olanı yeni seçkilər keçirməkdir.

Bu arada CHP lideri Kamal Kılıcdaroğlu İstanbulda seçkilərin yenidən keçirilməsini dəstəkləyir, amma bir şərtlə ki, 2018-ci ildə keçirilmiş prezident seçkiləri də yenidən keçirilsin.

“Əgər YSK bu cür qeyri-qanuni qərar çıxararsa o zaman president seçkiləri də murdarlanıb. Bunun üçün bir sıra səbəblər var. Saxta seçicilər, bizim namizədimizə verilən səslərin etibarsız sayılması, inzibati resurslardan istifadə və s. Haydı, gəl president seçkilərini də təkrar edək. Eyni seçici siyahısı ilə keçirək. Seçkiləri udanda halal, uduzanda murder? Təzədən seçki keçirək, görək Ərdoğana 51 faiz səs çıxırmı?”-Kılıcdaroğlu deyib