İstanbul Bələdiyyəsi xəbərdarlıq etdi: “90 min bina dağıla bilər”backend

İstanbul Bələdiyyəsi xəbərdarlıq etdi: “90 min bina dağıla bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 6-da Türkiyədə episentri Kahramanmaraş olan və 11 bölgəni əhatə edən 7.4 və 7.6 ballıq zəlzələ seysmoloqları daha ciddi fəaliyyətə keçirib. 

Mütəxəssislərin bildirdiyinə görə, növbəti zəlzələ ocağı İstanbul ola bilər. Hətta bəzi vətəndaşlar artıq İstanbul yaxınlığındakı Ədirnə bölgəsinə və ya digər alternativ bölgələrə köçməyə başlayıblar.

Cebhe.info “Globallokpress”-ə istinadən xəbər verir ki, İstanbul Bələdiyyəsin Qoruma və İnkişaf İdarəsinin rəhbəri Ayşen Erdinçler maraqlı açıqlama ilə çıxış edib.

O bildirib ki, 7 baldan yuxarı zəlzələ baş verərsə, İstanbulda 90 min bina dağıla bilər.

“Təxminən 7,5 bal gücündə zəlzələdən sonra ilk mərhələdə 90 min bina uça bilər”,-deyə o qeyd edib.