İsrailin Qəzza planı ilə bağlı xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi bildirilib.
Tribunainfo.az xəbər verir ki, HƏMAS-ın oktyabrın 7-də səhər saatlarında başlatdığı Əl-Əqsa tufanı əməliyyatına cavab verən İsrail 28 gündür Qəzzanı bombalayır.
9 mindən çox insanın öldüyü Qəzzada qarşıdurmalar davam edərkən, The New York Times-da çıxan bir xəbər böyük əks-səda yaratdı.
Xəbərdə İsrail əsgərlərinin Qəzzanın şimalını cənubdan ayırmaq üçün hücumlar təşkil etdiyi və Qəzzanın şimalını şimal, şərq və şimal-şərqdən mühasirəyə aldıqları yazılıb.