Oktyabrın 7-də HƏMAS-ın hücumları ilə başlayan İsrail-Həmas qarşıdurması 24-cü gündür davam edir.
Tribunainfo.az Haber Global-a istinadən xəbər verir ki, İsrail gecə boyu Qəzza zolağında 12 min insanın sığındığı Qüds Xəstəxanası ətrafındakı əraziləri bombalayıb.
Qəzzada olan Daxili İşlər Nazirliyi, “İsrailin Qəzzaya qarşı müharibəsi Holokostu belə üstələyir” deyib.
Qəzza Səhiyyə Nazirliyinin açıqlamasına görə, İsrailin hücumlarında həlak olan fələstinlilərin sayı 8 mini keçib.
Fələstin Qızıl Aypara Cəmiyyətinə bağlı Qüds Xəstəxanasına sığınan 12 min adam təhlükəsiz olduğunu düşünərək, bombardman zamanı çətin anlar yaşadı.
Fələstin Qızıl Aypara Cəmiyyəti öz bəyanatında İsrail rəsmilərinin Qüds xəstəxanasını bombalamaqla hədələdiyini və dərhal boşaldılmasını tələb etdiyini açıqlayıb.