İş adamının 27 mərtəbəli şəxsi evi – Kinoteatr, hovuzlar və helikopter meydançaları var – FOTObackend

İş adamının 27 mərtəbəli şəxsi evi – Kinoteatr, hovuzlar və helikopter meydançaları var – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaşayış binasına bənzər bina, əslində, 5 nəfər üçündür.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, Mumbeydə yerləşən bina formasındakı evin qiyməti 1 milyard 300 milyon dollardır.

Dünyanın ən bahalı və böyük evi hesab olunan binada 3 helikopter meydançası, kinoteatr, bir neçə hovuz var.

Ev Hindistanın varlı və nüfuzlu şəxslərindən olan Mukeş Ambaniyə məxsusdur. O, 27 mərtəbəli binada xanımı və 3 uşağı ilə birlikdə yaşayır.

61 yaşlı Mukeş Hindistanın nəhəng şirkətlərindən olan “Reliance Industries”in sahibidir. Onun adı “Forbes”jurnalının 2017-ci il üçün “dünyanın ən varlı şəxsləri” siyahısında yer alıb.

Mukeş yaşadığı evin adını Antiliya qoyub. Ev 2010-cu ildə tikilib.