“İRŞAD” VƏTƏNDAŞA XARAB TELEFON SATDI… TƏMİR ETMƏKDƏN DƏ İMTİNA EDİRbackend

“İRŞAD” VƏTƏNDAŞA XARAB TELEFON SATDI… TƏMİR ETMƏKDƏN DƏ İMTİNA EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad” mənim hüquqlarımı pozur. Onlardan aldığım telefon nasaz olduğu üçün servis mərkəzlərinə müraciət etdim. Bir müddət sonra telefonu təmir etməkdən imtina etdilər. Səbəb olaraq telefonun platasına su düşdüyünü iddia elədilər və zəmanət talonunu ləğv etdilər.

Tribunainfo.az yazır ki, sosial şəbəkədə problemini paylaşan vətəndaş Ayaz İsgəndərovun sözlərinə görə, halbuki telefona heç bir halda su düşməyib:

“Təmir etmədikləri telefona evdə baxış keçirərkən məlum oldu ki, telefonun təmiri zamanı şuruplar açılıb, lakin üzərinə bağlanılmayıb. Üstəlik şuruplardan da biri əksikdir. İctimailəşdirməkdə əsas məqsədim odur ki, insanlar “İrşad Electronics” MMC-dən məhsul alarkən daha diqqətli olsunlar”

Tribunainfo.az