“İrşad Electronics” yenə məhkəməyə verildi

“İrşad Electronics” yenə məhkəməyə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İrşad Electronics” növbəti dəfə müştəri şikayəti əsasında məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, məişət texnikası sarışı ilə məşğul olan şirkətlə bağlı iddianı Əliyev Fariz Əzim oğlu qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. “İrşad” alqı-satqı müqaviləsinə əməl etməyib.

Şirkətlə bağlı işə Xətai rayon Məhkəməsində baxılır. 19 dekabr tarixində hakim Əminə Abbasovanın sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, bu şirkətlə bağlı məhkəmədə qaldırılan ilk iş deyil. “İrşad” alqı-satqı müqaviləsinə əməl etmədiyi üçün dəfələrlə məhkəməyə verilib və müxtəlif maddələrlə cərimələnib.

Qeyd edək ki, “İrşad Electronics”in direktoru Aris Şıxəliyev Valis oğludur.

Tərəfləri dinləməyə hazırıq.

Nigar