İRANLA AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ RUSİYA VASİTƏÇİLİYİ… BUNA EHTİYAC VARMI…? – POLİTOLOQbackend

İRANLA AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNDƏ RUSİYA VASİTƏÇİLİYİ… BUNA EHTİYAC VARMI…? – POLİTOLOQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml necə ki, Azərbaycanla Ermənistan arasında “vasitəçilik” edir, eynisini Azərbaycanla İran üçün təklif edir. Rusiyanın vasitəçiliyi heç zaman Azərbaycanın xeyrinə olmayıb.

Tribunainfo.az xəbər verir ki, bu fikirlərlə politoloq Elxan Şahinoğlu çıxış edib. O bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iranlı həmkarı Hüseyn Əmir Abdullahianla Moskvada birgə keçirdiyi mətbuat konfransından sonra Moskvanın İranla Azərbaycan arasında vasitəçiliyi məsələsi aktuallaşıb.


Analitikin fikrincə, belə bir vasitəçiliyə ehtiyac yoxdur:

“Lavrov Bakı-Tehran münasibətlərindəki gərginliyin müvəqqəti xarakter daşıyacağına ümid edir, ancaq İranla Azərbaycan arasında gərginliyin azalması üçün vasitəçi ola biləcəyinə eyham vurub.
Azərbaycanla İran arasında vasitəçiyə ehtiyac yoxdur. İran Azərbaycana qarşı təxribatlarını dayandırsın, səfirliyimizə edilən hücumu araşdırmağa başlasın və bu haqda Bakını məlumatlandırsın, bu halda gərginlik azalar. Ancaq Tehran bunların heç birini etmir. Kreml “vasitəçi” olaraq Tehranı gərəkən addımları atmağa məcbur etməyəcək, əksinə İranla əlbir olub Azərbaycana qarşı təzyiqi artıracaq”.