İRANIN AZƏRBAYCANA DÜŞMƏNÇİLİYİNİN ƏSAS SƏBƏBİ BUDURbackend

İRANIN AZƏRBAYCANA DÜŞMƏNÇİLİYİNİN ƏSAS SƏBƏBİ BUDUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran dövlətçiliyinin mənşəyi özlüyündə xəyanət üzərində yarandığı üçün bu günə qədər də yerli xalqlara və etnoslara qarşı daima xəyanət etmək fəlsəfəsi ustündə mövcudluğunu qoruya bilir. Hazırda baş verən hadisələr kontekstində bu tarixi gerçəklik bir daha öz təsdiqini tapır.

Tribunainfo.az-ın məlumatına görə, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, İranın Azərbaycana düşmənçiliyinin, Ermənistana rəğbətinin və dəstəyinin əsas səbəblərindən biri də irqçilikdir:

“Ermənilər fransızlarla bir-birimə “bacı” dedikləri kimi, farslarla da bir-birilərinə “bir millət, iki dövlət” deyirlər .

 

Fars və erməni dilləri Hind-Avropa dilləri qrupuna aiddir. Nasistlər də daxil olmaqla, şovinistlərin təlqin etdiyi “təmiz qanlı Aryan irqi” konsepsiyası Hind-Avropa dilləri ailəsinə aid olan xalqları ehtiva edir. Bu mənada, Qaregin Njdenin irqçi Tseqakron nəzəriyyəsi və onun azərbaycanlılara qarşı törətdiyi qətliamları ilə “Azərbaycan İranın bədənində bəd xassəli şişdir, onu kəsib atmaq lazımdır” kimi fikirlər, 1946-cı ildə “21 Azər hərəkatı”nın süquta uğramasından sonra Tehran rejimi tərəfindən Güney Azərbaycanda milli fəallara divan tutulması həm də bu nifrətdən və özlərini başqa xalqlardan üstün tutmaq hikkəsindən qaynaqlanır. Odur ki, rəsmi ideologiyaları və siyasətləri şovinizmdən yoğrulmuş İran və Ermənistan təbii müttəfiqlərdir. Tehran 21-ci əsrdə dünyaya hələ də İran-Turan prizmasından baxır”.

Nigar