İranda 3 nəfər korrupsiyaya görə edam olunacaqbackend

İranda 3 nəfər korrupsiyaya görə edam olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranda 3 nəfər korrupsiya ittihamına görə ölüm hökmünə məhkum edilib.

TİA.AZ “Report”a istinadən xəbər verir ki, bu barədə ölkənin məhkəmə sisteminin rəsmi nümayəndəsi Qulamhüseyn Möhsüni Eceniyə istinadən Press TV məlumat yayıb.

Eceni qeyd edib ki, hazırda Tehranda xüsusi tribunallar 35 “iqtisadi qanun pozucusu” barəsində müxtəlif hökmlər çıxarıb. Onlardan üçü “ölkədə korrupsiyanı yaymağ”a görə ölüm hökmünə məhkum edilib. Daha 32 nəfərə 20 ilədək müxtəlif müddətlərə həbs cəzası verilib.

Eceni bildirib ki, qərarlar icra olunmazdan əvvəl İranın Ali Məhkəməsi tərəfindən təsdiq edilməlidir.