İran prezidentinin qonşu ölkəyə səfəri zamanı Tehran və Bağdad arasında 15 memorandum imzalanacaq.
Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi çərşənbə günü bildirib ki, prezident Pezeşkiyanın İraqa səfəri zamanı iki ölkə arasında 15 anlaşma memorandumu imzalanacaq.
O, bu səfərin iki ölkə arasında strateji əlaqələrin genişlənməsinə səbəb olacağına, İran və İraqın əməkdaşlığını yeni mərhələyə çıxaracağına ümid etdiyini bildirib.
İran prezidenti Məsud Pezeşkian qonşu ərəb ölkəsinin rəsmiləri ilə danışıqlar aparmaq üçün çərşənbə günü səhər Bağdada gəlib.
Pezeşkian İraqın baş naziri Məhəmməd Şia Əl Sudaninin rəsmi dəvəti ilə ölkə xaricində ilk rəsmi səfəri olaraq Bağdada səfər edir.
Onun İraq prezidenti Əbdül Lətif Rəşid, baş nazir Əl Sudani və parlamentin spikeri Möhsün Əl-Məndalavi də daxil olmaqla, yüksək səviyyəli rəsmilərlə görüşü planlaşdırılır.
Pezeşkian qonşu ölkədə yaşayan iranlı iş adamları ilə də görüş keçirəcək.
Prezidentin bölgənin rəhbəri Neçirvan Bərzaninin rəsmi dəvəti ilə Kürdüstan Bölgəsinin paytaxtı Ərbilə getməsi və orada kürd səlahiyyətliləri ilə danışıqlar aparması da planlaşdırılır. O, daha sonra İraqın şimalında kürdlərin daha bir böyük şəhəri Süleymaniyyəyə səfər etməyi planlaşdırır.