Azərbaycanda ingilis dilini nə qədər adam bilir? – STATİSTİKA

Azərbaycanda ingilis dilini nə qədər adam bilir? – STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
EF Education First qlobal şirkəti dünyada ingilis dili bilmə səviyyəsini müəyyənləşdirən English Proficiency Index-2024 nəticələrini açıqlayıb.
Musavat.com şirkətin açıqlamasına istinadən xəbər verir ki, indeks 2023-cü ildə dünyanın 116 ölkəsində 2.1 milyondan çox insan arasında keçirilən adi testin nəticəsi əsasında hazırlanıb.
Böyüklər arasında keçirilən və ingilis dili biliklərinin səviyyəsini müəyyənləşdirən test cavablarının analizinə əsasən əhalisi ingilis dilini çox yaxşı, yaxşı, aşağı və çox aşağı bilən ölkələr müəyyənləşdirilib. Hazırlanan hesabatda Azərbaycan 116 ölkə arasında 86-cı yeri tutmaqla aşağı kateqoriyasına daxil edilib. Əvvəlki reytinqdə ölkə 4 pilə irəlidə olub.
Ötən il 36-cı yerdə olan Gürcüstan bu il 34-cü yerə, ötən il 47-ci olan Ermənistan 38-ci yerə qədər irəliləyib.
İndeksdə Türkiyə 65-ci, Rusiya 44-cü, İran 62-ci yerdədir.