İRAN VƏ FİNLANDİYA XARİCİ İŞLƏR NAZİRLƏRİ CENEVRƏDƏ GÖRÜŞÜBLƏRbackend

İRAN VƏ FİNLANDİYA XARİCİ İŞLƏR NAZİRLƏRİ CENEVRƏDƏ GÖRÜŞÜBLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian ilə finlandiyalı həmkarı arasında görüş keçirilib.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, Cenevrədə səfərdə olan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian bazar ertəsi Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə görüşüb və danışıqlar aparıb.

Əmir-Abdollahian BMT Şurasının iclasında iştirak etmək üçün bazar günü axşam Tehrandan Cenevrəyə yola düşüb.

Bu gün iranlı baş diplomat BMT-nin İnsan Haqları Şurasında çıxış edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani və İran Ali İnsan Haqları Şurasının katibi Kazım Qaribabadi bu səfərdə Əmir-Abdollahyanı müşayiət edir.

47 üzv ölkədən ibarət şura geniş bir sıra insan hüquqları məsələlərini – ayrı-seçkilik, dini etiqad azadlığı, mənzil hüququ və ya hökumətləri hədəf alan iqtisadi sanksiyaların adi insanlara zərərli təsiri, eləcə də ölkədəki vəziyyətləri əhatə edir.