İRAN MOLLA REJİMİNDƏN AXMAQ FİKİR: MƏKTƏBLİ QIZLARI ZƏHƏRLƏYİBLƏR Kİ…backend

İRAN MOLLA REJİMİNDƏN AXMAQ FİKİR: MƏKTƏBLİ QIZLARI ZƏHƏRLƏYİBLƏR Kİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son bir neçə ay ərzində İranda məktəblərdə müəmmalı iğtişaş dalğası yüzlərlə qızı bürüdü.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, tələbələrin çoxu ürəkbulanma, qusma, baş ağrısı, nəfəs darlığı kimi şikayətlərlə xəstəxanaya yerləşdirilir.

İranın təhsil nazirinin müavini Yunus Pənahi bildirib ki, bəzi ekstremistlər məktəblərin bağlanmasını istədikləri üçün şagirdləri qəsdən zəhərləmiş ola bilərlər.

Zəhərlənmə hallarına ilk olaraq paytaxt Tehranın cənubunda tələbələr arasında rast gəlinib, daha sonra qonşu şəhərlərdə də müşahidə olunmağa başlayıb.

Pənahinin sözlərinə görə, tələbələr çox güman ki, “kimyəvi birləşmələrdən” istifadə edilərək zəhərləniblər.

Yayılan xəbərlərə görə, bu, qızların məktəbə getməsinə mane olmaq istəyən fanatiklərin işi ola bilər