İran hava sahəsini bağlayıbmı?

İran hava sahəsini bağlayıbmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən axşam saatlarında etibarən sosial şəbəkələrdə İranın hava məkanını bağladığı barədə xəbərlər yayılıb. Tribunainfo.az xəbər verir ki, buna səbəb Tehrandan bir sıra istiqamətlərdə uçuşların təxirə salınamsı olub.
Xüsusən də İsfahan, Şiraz və daha bir neçə şəhərlərlə yanaşı, beynəlxalq uçuşların da dayandırılması əlavə söz söhbətə səbəb olub. Əksəriyyət bunu İranın İsrailə hücum edəcəyi ilə əlaqələndirib.
Lakin İran Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazırlu bildirib ki, hava məkanının bağlanması ilə bağlı xəbər yalandır. O, hazırda bütün reyslərin sabit şəkildə həyata keçirildiyini açıqlayıb.