“İran elitası anlamalıdır ki…” – Prezident xəbərdarlıq etdibackend

“İran elitası anlamalıdır ki…” – Prezident xəbərdarlıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İndi bizim İranla münasibətlərimiz heç vaxt olmadığı qədər aşağı səviyyədədir. Və bundan sonra necə olacağını proqnozlaşdırmaq çətindir: münasibətlər bu səviyyədə qalacaq, yoxsa daha da aşağı düşəcək”.
 Tribunainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 3-də Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.
“Bu bizim seçimimiz deyil. Amma bütün İran elitası artıq anlamalıdır: Azərbaycanla təhdid və terror dili işləməyəcək. Bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır”, – deyə dövlət başçısı vurğulayıb.